Narışkin Ər-Riyadda danışıqlar apardı

Narışkin Ər-Riyadda danışıqlar apardı
  23 Yanvar 2019    Oxunub:2335
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin 21 yanvarda Səudiyyə Ərəbistanına gedərək kral Salman bin Əbdüləziz və vəliəhd şahzadə, jurnalist Camal Kaşoqinin qətlində ittiham olunan Məhəmməd bin Salmanla görüşlər keçirib.
Azvision.az xəbər verir ki, bu barədə “İnterfax” agentliyi Rusiya Xarici Kəşfiyyat Xidmətinə istinadən məlumat yayıb.

Xidmətdən bildiriblər ki, Ər-Riyada səfəri zamanı Narışkin eyni zamanda Səudiyyə Ərəbistanı Ümumi Kəşfiyyat Xidmətinin sədri Xalid bin Əli ilə də görüşüb.

Hər 3 görüş zamanı aparılan danışıqlarda beynəlxalq terrorizmə qarşı mübarizə, ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri və mövcud problemlərin həllinin effektiv yolları müzakirə edilib.

Lakin Ər-Riyaddakı görüşlərdə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin qətli üzrə aparılan istintaqın gedişi ilə maraqlanıb-maraqlanmadığına, yaxud bu mövzuya toxunduğuna dair hansısa məlumat verilmir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Səudiyyə   Rusiya  





Xəbər lenti