Türkiyənin tanınmış aktrisası vəfat edib

Türkiyənin tanınmış aktrisası vəfat edib
  23 Yanvar 2019    Oxunub:2654
Türkiyənin məşhur aktrisası Ayşən Qruda vəfat edib.
Azvision.az xəbər verir ki, 74 yaşlı aktrisa müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Aktrisa bir müddət əvvəl mədə qanaxması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, A.Qruda 30 noyabr 1945-ci ildə İstanbulda anadan olub. Ayşənin aktrisalıq bacarığı yaşadığı məhəllədə erməniləri təqlid edərkən ailəsi tərəfindən kəşf edilib. O, qatar mexaniki olan atasını itirdikdən sonra məktəbə getməkdən imtina edərək, işləməyə başlayıb.

Peşəkar kariyerasında ilk rolu 1962-ci ildə "Kongre Eğleniyor" filmindəki xidmətçi rolu olub. 1977-ci ildə televiziyada yayımlanan əyləncə proqramında "Pomidor Gözəli Nahidə Şərbət" xarakterindən sonra Türkiyədə tanınmağa başlayıb.



Kənan Məmmədov
Azvision.az


Teqlər: Ayşən-Qruda  





Xəbər lenti