Con Kerri Trampı istefaya çağırdı

 Con Kerri Trampı istefaya çağırdı
  23 Yanvar 2019    Oxunub:2339
ABŞ-ın sabiq dövlət katibi Con Kerri ölkə prezidenti Donald Trampı istefa verməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə Kerri “CNBS” telekanalına müsahibəsində deyib.

Jurnalistin “Əgər sizin Trampla təkbətək görüşmək imkanınız olsaydı, ondan nəyi xahiş edərdiniz?”sualına cavab olaraq Kerri bildirib ki, “istefaya getməsini” məsləhət görərdi.

Lakin hələ ötən ilin sentyabrında Con Kerri demokratların impiçment yolu ilə Trampı hakimiyyətdən uzaqlaşdırmağa nail olmaq cəhdini səhv adlandırmışdı.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: ABŞ  





Xəbər lenti