Avropa ordusuna doğru ilk addım – Merkellə Makron saziş imzaladı
Lakin Merkel bəyan edib ki, Fransa ilə imzalanan bu sazişin ən mühüm töhfəsindən biri, sənədin ümumavropa ordusunun yaradılması istiqamətində ilk addım olmasıdır.
“Sazişin ikinci bəndi sülh və təhlükəsizlik mövzularına həsr edilib. Ümumi təhlükəsizliyimiz üçün Almaniya və Fransa olaraq ölkələrimizə silahlı hücum edildiyi halda, bütün gücümüzlə yardımlaşacaq və hücumların qarşısını birlikdə alacağıq. Və bura hərbi yolla kömək də daxildir. Artıq biz ümumi hərbi mədəniyyət formalaşdırmalıyıq. Ümumi müdafiə sənayesi, ümumi silah satışı siyasətini inkişaf etdirməliyik. Və beləliklə də, bir Avropa ordusunun yaradılması üçün iki ölkənin üzərinə düşən vəzifə yerinə yetiriləcək” – Merkel vurğulayıb.
Makron isə öz növbəsində bildirib ki, bu gün Almaniya ilə Fransanın başlıca vəzifəsi “xalqlarımızı dünyadakı mənfi dəyişikliklərdən qorumaq üçün Avropanı bir qalxana çevirməkdir.”
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Axen Almaniya Fransa Avropaordusu