Avroparlamentari Mehman Hüseynovla bağlı qərarı alqışladı

 Avroparlamentari Mehman Hüseynovla bağlı qərarı alqışladı
  22 Yanvar 2019    Oxunub:3182
Avropa Parlamentində Azərbaycan üzrə məruzəçi təyin olunmuş deputat xanım Norika Nikolai bəyanatla çıxış edib.

Azvision.az xəbər verir ki, bəyanatın mətni bütün Avropa Parlamenti (AP) üzvlərinə, o cümlədən AP rəhbərliyinə və Avropa İttifaqının əlaqədar qurumlarına göndərilib.
O, bəyanatda bildirib ki, Azərbaycanda Mehman Hüseynova qarşı açılmış cinayət işinə xitam verilməsi ilə bağlı Azərbaycan hakimiyyətinin qərarını alqışlayır.

"Bu, onu göstərir ki, bəzi Avropa Parlamenti deputatları tərəfindən səsləndirilən bəyanatlar saxtadır və ümid edirəm ki, gələcəkdə hər hansı bir bəyanat verməzdən əvvəl insident barədə hərtərəfli məlumatı etibarlı mənbələrdən əldə edəcəklər.”-, deyə N.Nikolai vurğulayıb.

Azvision.az




Teqlər: AP   Bəyanat  





Xəbər lenti