Rusiyada sərnişin təyyarəni ələ keçirmək istədi

 Rusiyada sərnişin təyyarəni ələ keçirmək istədi
  22 Yanvar 2019    Oxunub:2227
Rusiyanın əvvəllər oğurluq, narkotik ticarəti və xuliqanlığa görə məhkum edilmiş 41 yaşlı vətəndaşı Pavel Şapovalov “Aeroflot” dövlət şirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsinin pilotlarından istiqaməti dəyişərək Əfqanıstana uçmağı tələb edib.
Azvision.az “İnterfax”a istinadən xəbər verir ki, psixoloji problemləri olduğu bildirilən Şapovalov sərnişiləri və 7 heyət üzvünü təhdid edib, lakin bu zaman silahsız olub. Sərnişinlərin həyəcanı və yaranmış ciddi vəziyyətlə əlqədar, Surqut-Moskva reysini yerinə yetirən təyyarə Xantı-Mansiysk şəhərində məcburi eniş edib.

Rusiyanın Milli Anti-Terror Komitəsindən bildirilib ki, eniş zamanı təyyarəni ələ keçirməyə çalışan şübhəli dərhal həbs edilib. Onun üzərindən silah tapılmayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti