Manvel Qriqoryan yenidən həbs ediləcək

Manvel Qriqoryan yenidən həbs ediləcək
  22 Yanvar 2019    Oxunub:2069
Ermənistanda 25 milyon dram (51 min dollar çox) müqabilində azad edilən ölkənin keçmiş müdafiə nazirinin müavini Manvel Qriqoryan yenidən həbs ediləcək .
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğunun şikayətini təmin etmək məqsədi ilə Apellyasiya Məhkəməsi qərar qəbul edib.

Qeyd edək ki, “Yerkrapah” (Yurdun keşikçiləri) könüllü döyüşçülər birliyinin sədri, sabiq müdafiə naziri müavini, general Manvel Qriqoryan girov müqabilində həbsdən azad olunub. Apellyasiya məhkəməsi həbs-qətimkan tədbirinin 25 milyon erməni dramı müqabilində azad edilməsinə qərar verib. Manvel Qriqoryanın azadlığa buraxılmasına qarşı etiraz aksiyaları da keçirilib.

Azvision.az


Teqlər: Manvel-Qriqoryan  





Xəbər lenti