Bu ölkədə bütün ictimai nəqliyyat pulsuz olacaq
“Bu, hərtərəfli nəqliyyat strategiyası tortunun üzərindəki gilasdır”, - deyə nazir maraqlı açıqlama verib. Həmçinin vurğulayıb ki, yalnız şəhərətrafı qatarların birinci sinif vaqonlarında gediş ödənişli olaraq qalacaq.
Qeyd edək ki, ictimai nəqliyyat vasitələrinin əhaliyə ödənişsiz rejimdə xidmət göstərməsi üçün Lüksemburq hökuməti hər il büdcədən 41 milyon avro ayıracaq. Ekspertlərə görə, hazırda cəmi 602 min əhalisi olan (Bunun da 48 faizi əcnəbilərdir) Lüksemburq kimi ölkələrdə ictimai nəqliyyatın pulsuz olması hansısa böyük iqtisadi çətinliklər yaratmır. Lakin çoxmilyonlu əhaliyə sahib ölkələrdə bu kimi təşəbbüslər ictimai nəqliyyatda sıxlıq, nəqliyyat vasitəsi çatışmazlığı və büdcədən böyük xərclər kimi problem yarada bilər.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Lüksemburq