“Rembo”nu yaradan prodüser vəfat edib

  22 Yanvar 2019    Oxunub : 1165
 “Rembo”nu yaradan prodüser vəfat edib
Dünya şöhrətli kino prodüseri Endi Vajna vəfat edib.
"Anadolu" agentliyinin məlumatına görə, macarıstanlı prodüser Budapeştdəki evində 74 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, dünya kino məkanında “Rembo”, “Həqiqətə çağırış”, “Qələbəyə qaçış”, “Qızıl od”, “Şeytan dalanı” və “Yaraşıqlı Johnny” kimi baxımlı filmlərinin quruluşunu verən E.Vajna, sonradan “Terminator 3: Maşınların yüksəlişi”, “Çətin ölüm - 3”, “Qırmızı ləkə”, “Nikson”, “Mən casus” və “Evita” filmlərinə öz imzasını atıb.

O, dünya şöhrətli aktyorlar Silvester Stallone, Arnold Şvartsnegger və pop ulduzu Madonna ilə bilikdə çalışıb.

Azvision.az

Teqlər: Rembo