Yük maşını avtobusla toqquşub: 14 ölü, 16 yaralı

Yük maşını avtobusla toqquşub:    14 ölü, 16 yaralı
  22 Yanvar 2019    Oxunub:2339
Pakistanda yanacaq daşıyan yük maşını Karaçi şəhərindən Pancqur şəhərinə gedən avtobusla toqquşub.
Azvision.az "Dawn" nəşrinə istinadən xəbər verir ki, qəza zamanı ən azı 14 nəfər ölüb, 16 nəfər yaralanıb.

Məlumata görə, toqquşmadan sonra qəza yerində güclü yanğın baş verib. Xəsarət alan beş nəfərin vəziyyəti ağırdır və onlar Kəraçi xəstəxanasına yerləşdiriliblər.

Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar. Qeyd olunub ki, avtobusda cəmi 33 nəfər olub.

Azvision.az



Teqlər: Pakistan   Qəza  





Xəbər lenti