Tereza Mey “B planı”nı təqdim etmədi

   Tereza Mey “B planı”nı təqdim etmədi
  22 Yanvar 2019    Oxunub:2961
Böyük Britaniyanın baş naziri Tereza Mey ölkənin Avropa İttifaqından (Aİ) ayrılma formatını müəyyənləşdirəcək “Brexit” sazişinə alternativ “B planı”nı parlamentə təqdim etməyib.
Azvision.az xəbər verir ki, T. Mey yalnız gələcək fəaliyyətində və Brexit üzrə aparılacaq danışıqlarda daha açıq olacağını bəyan edib.

Qeyd edək ki, 15 yanvarda Britaniya parlamenti ölkənin Avropa İttifaqından ayrılma formasını müəyyənləşdirəcək “Brexit” sazişini rədd edib. İcmalar Palatasının 202 üzvü sazişin lehinə, 432-si isə əleyhinə səs verib. Bununla da, Britaniyanın Avropa İttifaqından daha sərt və problemli ssenarilər əsasında çıxışı üçün “yaşıl işıq” yanıb.

Azvision.az



Teqlər: Brexit  





Xəbər lenti