Meksikadakı partlayışda ölənlərin sayı artıb

Meksikadakı partlayışda ölənlərin sayı artıb
  21 Yanvar 2019    Oxunub:2822
Meksikanın İdalqo ştatında neft boru kəmərində baş vermiş partlayış nəticəsində ölənlərin sayı artaraq 89 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Xorxe Alkoser bildirib. Onun sözlərinə görə, partlayış nəticəsində xəsarət alan 51 yaralı hazırda xəstəxanalarda müalicə alırlar. Yaralıların bəziləri ağır vəziyyətdədir, onlardan 2-si ABŞ-ın Texas ştatının Halveston şəhərindəki hospitala göndərilib. Ölü sayının artacağı istisna edilmir.

Xatırladaq ki, yanvarın 18-də axşam saatlarında İdalqo ştatındakı iri neft kəmərində güclü partlayış olub, daha sonra isə yanğın başlayıb. Hadisə kəmərin qanunsuz kəsilmiş yerində benzin yığmaq üçün azı 350 sakinin toplaşdığı an baş verdiyindən, itkilərin sayı çoxdur.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Meksika   İdalqo   ABŞ  





Xəbər lenti