Suriyaya qarşı sanksiyalar genişləndirildi

  21 Yanvar 2019    Oxunub : 1158
Suriyaya qarşı sanksiyalar genişləndirildi
Avropa İttifaqı (Aİ) Suriyaya qarşı sanksiyaları genişləndirərək, daha 11 fiziki şəxsin və 5 şirkətin adını siyahıya daxil edib.
Azvision.az xəbər verir ki, bu barədə Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirlərinin keçirdiyi iclasın yekununa dair İttifaq Şurasının yaydığı bəyanatda deyilir. Qeyd olunub ki, kimyəvi silahlardan istifadə ilə bağlı yeni rejim çərçivəsində, Suriyanın Elmi Araşdırma və Tədqiqat Mərkəzinin 5 əməkdaşı da sanksiya siyahısına salınanlar sırasındadır..

Avropa İttifaqı Şurası Suriya rejimi və onun müttəfiqlərinə münasibətdə sanksiyalar siyahısına daha 11 tanınmış biznesmen və 5 təşkilatın adını daxil edib” – bəyanatda vurğulanır.

Adı siyahıya salınanların Aİ-na girişinə qadağa qoyulacaq və onların Avropadakı bank hesabları dondurulacaq.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Suriya   Avropaİttifaqı