Kimyəvi silahlarla bağlı Rusiyaya ilk sanksiya

 Kimyəvi silahlarla bağlı Rusiyaya ilk sanksiya
  21 Yanvar 2019    Oxunub:2883
Avropa İttifaqı (Aİ) kimyəvi silahlardan istifadə ilə bağlı yeni rejim çərçivəsində Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbəri və onun müavininə qarşı sanksiyalar tətbiq edib. Azvision.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının yaydığı bəyanatda deyilir.
Qeyd olunur ki, Rusiyaya qarşı yeni sanksiyalar “Skripal işi” ilə əlaqədardır. “Bu siyahıya 4 mart 2018-ci ildə Solsberidə beyin iflicedici zəhərli maddənin saxlanılması, daşınması və istifadəsinə cavabdeh olan Rusiya Baş Kəşfiyyat İdarəsinin 2 vəzifəli şəxsi, eləcə də, İdarənin rəhbəri və müavini daxil edilib” – bəyanatda vurğulanıb.

Adı siyahıya salınanların Aİ-na girişinə qadağa qoyulacaq və onların Avropadakı bank hesabları dondurulacaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   Avropaİttifaqı   Rusiya  





Xəbər lenti