Yaponiya İrandan neft idxalını bərpa etdi

Yaponiya İrandan neft idxalını bərpa etdi
  21 Yanvar 2019    Oxunub:2267
Yaponiya ABŞ sanksiyalarına görə dayandırdığı İran neftinin idxalını yenidən bərpa edib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemmati bəyan edib. Bildirib ki, digər ölkələr kimi, Yaponiya da ABŞ-ın sanksiyalardan verdiyi möhlətdən istifadə etməyə başlayıb.

“Çin, Cənubi Koreya, Hindistan və Türkiyədən sonra, Yaponiya da İran neftinin idxalı prosesinə başlayıb” – Hemmati vurğulayıb.

Qeyd edək ki, 2018-ci ildə Yaponiyanın ümumi xam neft idxalının 5,3 faizini İran nefti təşkil edib.

İrana qarşı enerji sanksiyaları 2018-ci ilin 4 noyabrında qüvvəyə minməzdən öncə ABŞ 8 ölkəyə - Çin, Tayvan, Hindistan, Cənubi Koreya, Türkiyə, İtaliya, Yunanıstan və Yaponiyaya sanksiyalardan 180 günlük möhlət verib. Vaşinqton bu addımı dünya neft bazarında qiymət sıçrayışının qarşısını almaq məqsədilə atdığını deyib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   Yaponiya   ABŞ   Neft  





Xəbər lenti