Robert Koçaryanın həbs müddəti uzadıldı

   Robert Koçaryanın həbs müddəti uzadıldı
  18 Yanvar 2019    Oxunub:2260
İrəvan məhkəməsi Ermənistanın sabiq prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbirinin müddətini iki ay müddətinə uzadıb.
Azvision.az xəbər verir ki, bu barədə vəkil Aram Orbelian jurnalistlərə bildirib.

Qeyd edək ki, 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Koçaryan iyulda saxlanılsa da, apellyasiya şikayətindən sonra azad edilib.

15 noyabrda isə Ermənistanın Kassassiya Məhkəməsi Koçaryanın işi üzrə apellyasiya qərarının ləğvi və sabiq prezidentin təkrar həbsi ilə bağlı prokurorluğun şikayətini qismən təmin edərək işi yenidən apellyasiya məhkəməsinə göndərib. 27 noyabrdan etibarən baş prokuror Artur Davtyan daxil olmaqla, 6 prokurorun iştirakı ilə işə baxılıb.

Davtyan bildiirb ki, Koçaryan 2008-ci ildə İrəvanda baş verən dövlət terrorunun ideya müəllifidir və təcili şəkildə azadlıqdan məhrum olunmalıdır. Nəhayət, Apellyasiya Məhkəməsi 7 dekabrda çıxardığı son qərarla prokurorluğun şikayətini təmin edib və Koçaryan yenidən həbs olunub.

Azvision.az



Teqlər: Koçaryan   Məhkəmə   Həbs  





Xəbər lenti