Məhkəmə çeçenlərin 9 milyardlıq qaz borcunu silib

  18 Yanvar 2019    Oxunub : 763
Məhkəmə çeçenlərin 9 milyardlıq qaz borcunu silib
Rusiyanın “Qazprom” dövlət şirkətinin törəməsi olan “Qazprom mejregionqaz” Çeçenistanda məhkəmənin qərarına etiraz edib.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Çeçenistanda Qroznı Rayon məhkəməsi əhalinin qaza görə 9 milyard rubl dəyərində yaranan debitor borclarının silinməsi barədə qərar qəbul edib.

Qurum yaydığı rəsmi məlumatda bildirib ki, məhkəmə “Qazprom mejregionqaz”ın debitor borcların olduğu sənədləri təqdim etmədiyi halda qərar qəbul edib: “Biz şikayət etmək niyyətindəyik” - deyə, məlumatda qeyd olunub.

Azvision.az

Teqlər: Rusiya   Qaz