Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, Madagiz yaşayış məntəqəsində yerləşdirilən artilleriya divizionunda xidmət edən iki zabitin olduğu avtomobil qəzaya uğrayıb. Hərbi polisin polkovnik Yengibaryana məruzəsində deyilir ki, zabit idarə etdiyi avtomobillə sürət həddini aşdığından nəqliyyat vasitəsi idarəetməni itirib və yaşayış məntəqəsinin girəcəyində yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Hadisə nəticəsində hər iki zabit ağır bədən xəsarətləri alıb. Onlardan biri yolda ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb və hərbi polis tərəfindən araşdırma aparılır.
Azvision.az