Rusiyada iki qırıcı toqquşub: Pilotlar sağ tapılıb - (Yenilənib)

  18 Yanvar 2019    Oxunub : 2276
 Rusiyada iki qırıcı toqquşub: Pilotlar sağ tapılıb - (Yenilənib)
Rusiyada qəzaya uğramış iki “Su-34”ləri katapult vasitəsilə tərk edən pilotlar sağ aşkar edilib.
Azvision.az “RİA Novosti” yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hər iki pilotun vəziyyəti qənaətbəxşdir. Xilasetmə əməliyyatı ağır hava şəraitində aparılıb.

***
Rusiyanın Uzaq Şərq ərazisində Xabarovsk vilayətində Tatar boğazının üzərində 2 “Su-34” döyüş təyyarələri toqquşub.

Azvision.az “TASS”-a istinadən xəbər verir ki, bir təyyarənin ekipajı katapult etsə də digər təyyarənin heyəti barədə hələlik heç bir məlumat yoxdur.

Qeyd olunub ki, qəza təxminən bir saat əvvəl baş verib. Hazırda pilotların axtarış əməliyyatı aparılır. Hadisə ilə bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Rusiya   Qırıcı