Çindən Kanadaya “Huawei” xəbərdarlığı

Çindən Kanadaya “Huawei” xəbərdarlığı
  18 Yanvar 2019    Oxunub:1592
Kanada beşinci nəsil mobil əlaqə sistemini (5G) tətbiq edərək Çinin “Huawei” şirkəti avadanlıqlarının öz ərazisində istifadə olunmasına qadağa qoysa, bunun mənfi nəticələrinə qatlaşmalı olacaq.
Azvision.az xəbər verir ki, bunu Çinin Kanadadakı səfiri Lu Şae Ottavada jurnalistlərə açıqlamasında edib.

“Mən əminəm ki, belə bir addımın mənfi nəticələri olacaq. Biz Ottavanı bu məsələ ilə bağlı müdrik qərar qəbul etməyə çağırırıq” – səfir vurğulayıb.

Qeyd edək ki, Kanada Çinin dünyaca məşhur “Huawei” telekommunikasiya şirkətinin Çin xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq etməsindən şübhələnir. Lakin Kanada baş naziri Castin Trüdo bəyan edib ki, “5G” sisteminin tətbiqi halında “Huawei” avadanlıqlarının istifadəsinə dair qərarı siyasətçilər yox, Kanadanın və onun “Five Eyes” alyansı (ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada və Yeni Zelandiyanın kəşfiyyat orqanlarının alyansı) üzrə müttəfiqlərinin xüsusi xidmət orqanlarının məlumatları əsasında ekspertlər qəbul edəcəklər.

Onu da bildirək ki, eyni səbəblə əlaqədar ötən ilin yayında ABŞ Çinin “ZTE” və “Huawei” şirkətlərinə məxsus kommunikasiya avadanlıqlarının Amerika dövlət qurumları tərəfindən alınması və istifadəsini qadağan edib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Kanada   Çin   ABŞ   Huawei  





Xəbər lenti