Rusiya AŞPA-nın qış sessiyasını boykot etdi

  17 Yanvar 2019    Oxunub : 862
 Rusiya AŞPA-nın qış sessiyasını boykot etdi
Rusiya Dövlət Duması bu gün keçirilən iclasda Rusiya nümayəndə heyətini 2019-cu ilin dekabrında baş tutacaq Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasına göndərməmək və Avropa Şurasına üzvlük haqqı ödəməmək barədə qərar qəbul edib.
Azvision.az xəbər verir ki, qərar deputatlar tərəfindən yekdilliklə qəbul edilib.



Qeyd edək ki, 2015-ci ilin yanvarın sonlarında AŞPA Ukraynada yaranmış vəziyyətlə bağlı RF-in nümayəndə heyətini səsvermə, qərarverici orqanlarda və seçkilərin monitorinqində iştirak hüququndan məhrum edən qətnamə qəbul edib. Buna cavab olaraq, Rusiyanın nümayəndə heyəti 2015-ci ilin sonunda Assambleyanı tərk edib.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Rusiya   AŞPA