Gürcüstanda matəm elan olundu

  17 Yanvar 2019    Oxunub : 1550
 Gürcüstanda matəm elan olundu
Tbilisinin Didi Diğomi rayonunda yaşayış binasında baş verən partlayışla əlaqədar Gürcüstanda matəm elan olunub.
Azvision.az xəbər verir ki, baş nazir Mamuka Baxtadzenin imzaladığı sərəncama əsasən, yanvarın 17-də Gürcüstanda və xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərdə dövlət bayrağı endiriləcək.

Qeyd edək ki, yanvarın 16-da Tbilisinin Didi Diğomi rayonunda çoxmərtəbəli yaşayış binasında partlayış olub. Qaz sızması nəticəsində baş verən partlayış zamanı 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Azvision.az

Teqlər: Gürcüstan   Matəm