Tbilisidə partlayış: Ölü sayı artdı - (Yenilənib)

  17 Yanvar 2019    Oxunub : 2129
 Tbilisidə partlayış: Ölü sayı artdı - (Yenilənib)
Tbilisidə yaşayış binasında baş vermiş partlayışda ölənlərin sayı 4 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, hadisə zamanı ağır yaralanan 4 yaşlı uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralılar həkim nəzarətindədir.
***
Gürcüstanın paytaxtı Tbilisi şəhərində partlayış baş verib.

Azvision.az xəbər verir ki, hadisə Didi Diğomi rayonunda yerləşən yaşayış binalarının birində baş verib. Partlayış nəticəsində 3 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb.

Sakinlər binadan təxliyyə olunub. Partlayışın qaz sızması nəticəsində verdiyi bildirilir.

Azvision.az

Teqlər: Tbilisi   Partlayış