Gürcüstanda iki azərbaycanlı “donuz qripi”nə yoluxub

   Gürcüstanda iki azərbaycanlı “donuz qripi”nə yoluxub
  17 Yanvar 2019    Oxunub:4640
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda “donuz qripi” adlandırılan A (H1N1) virusuna iki yoluxma halı qeydə alınıb.
Azvision.az Report-a istinadən xəbər verir ki, 59 yaşlı kişi qrip simptomları ilə rayon xəstəxanalarından birinə yerləşdirilib.

Həkimlərin bildirdiyinə görə, həmin şəxsin vəziyyəti ağırdır və o, reanimasiya şöbəsində müalicə olunur.

Kişinin A (H1N1) virusuna yoluxması laboratoriya şəraitində təsdiq olunub.

Marneulidə 39 yaşlı qadının da “donuz qripi” diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi və onun da vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, bu günə qədər Gürcüstanda “donuz qripi”ndən 17 nəfər ölüb.

Azvision.az



Teqlər:





Xəbər lenti