Türkiyənin qərargah rəisi amerikalı həmkarı ilə görüşüb

Türkiyənin qərargah rəisi amerikalı həmkarı ilə görüşüb
  16 Yanvar 2019    Oxunub:1759
Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı Yaşar Gülər ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi Cozef Danfordla görüşüb.
Azvision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, görüş NATO-nun Brüsseldəki baş qərargahında baş tutub.

Söhbət zamanı Türkiyə-ABŞ hərbi əməkdaşlığı və Suriyadakı vəziyyətin müzakirə olunduğu bildirilir.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Suriya   Türkiyə   ABŞ   NATO  





Xəbər lenti