London “Brexit”in təxirə salınması üçün müraciət etməyib

London “Brexit”in təxirə salınması üçün müraciət etməyib
  16 Yanvar 2019    Oxunub:1472
Böyük Britaniya “Brexit”in vaxtının daha sonraya təxirə salınmasının mümkünlüyü ilə bağlı Avropa İttifaqına müraciət etməyib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Marqaritis Sxinas keçirdiyi brifinqdə bəyan edib.

“Vaxtın uzadılmasına dair müraciət olmayıb. Əgər London “Brexit”in vaxtının gecikdirilməsi ilə bağlı Brüsselə müraciət etsə, onda Avropa İttifaqının 27 üzv dövləti bununla bağlı qərar qəbul etməlidirlər. Çünki vaxtın uzadılması yalnız yekdilliklə təsdiqlənə bilər” - Sxinas vurğulayıb.

Avropalı diplomat onu da vurğulayıb ki, Britaniyanın İttifaqdan ayrılmasının şərtlərini müəyyənləşdirəcək “Brexit” sazişinə yenidən baxılmayacaq: “Hazırkı vaxtda biz artıq heç nə edə bilmərik. Indi biz Böyük Britaniyadan növbəti addımlar atmasını gözləyirik”.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Brexit   Avropa   Britaniya  





Xəbər lenti