Lavrov: “Avropa Şurası Azərbaycana qərəzli münasibət göstərir”

  16 Yanvar 2019    Oxunub : 1460
 Lavrov: “Avropa Şurası Azərbaycana qərəzli münasibət göstərir”
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir.

Azvision.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2018-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Azərbaycanla Rusiya arasındakı ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərini qiymətləndirərəkən deyib.
“Ötən il prezidentlərimiz səviyyəsində növbəti, olduqca məzmunlu görüşlər keçirildi, mənim Bakıda və Moskvada azərbaycanlı həmkarım Elmar Məmmədyarovla görüşlərimiz baş tutdu. Bizim iqtisadi qurumlarımız sıx əməkdaşlıq etdilər, prezidentlərimiz Putinlə Əliyevin birə himayəsi altında növbəti dəfə Bakı Humatitar Forumu keçirildi, bizi birləşdirən saymaqla bitməyən rəsmi və qeyri-rəsmi bir sıra tədbirlər oldu. Eləcə də Azərbaycanda olduğu qədər Rusiyada da çox populyar olan “Jara” musiqi bayramı keçirildi. Odur ki, mən 2018-ci ili Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından olduqca pozitiv qiymətləndirirəm. Ötən il biz Azərbaycanla həm də MDB strukturlarında, BMT, ATƏT və yeri gəlmişkən, Azərbaycana qarşı kifayət qədər qərəzli münasibət sərgiləyən Avropa Şurasında da yaxşı əməkdaşlıq etdik. Avropa Şurası Parlament Assambleyasında azərbaycanlı deputatların hüquqlarını diskriminasiya etməyə çalışırlar”, – deyə Lavrov bildirib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: AŞPA   Rusiya   Azərbaycan