Rusiyada 4 ukraynalının həbs müddəti uzadıldı

  15 Yanvar 2019    Oxunub : 880
Rusiyada 4 ukraynalının həbs müddəti uzadıldı
Rusiyada Moskvanın Lefortovo Rayon Məhkəməsi Kerç boğazındakı insidentdən sonra saxlanılan ukraynalı dənizçilərdən daha 4-nün həbs müddətinin uzadılmasilə bağlı Rusiya Federal Təhlükəsizlik Xidmətinin şikayətini təmin edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə ukraynalı dənizçilər Boqdan Qolovaş, Sergey Popov, Andrey Şevçenko və Vladimir Tereşenkoya qarşı həbs qətimkan tədbiri 24 aprelədək qüvvədə saxlanılıb.

Bundan əvvəl isə məhkəmə daha 4 ukraynalı dənizçinin həbsdə saxlanılma müddətinin uzadılması barədə qərar vermişdi.

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasındakı münasibətlər 25 noyabrda Azov dənizi ilə Qara dənizi birləşdirən Kerç boğazında Rusiya sərhəd qüvvələri və Qara dəniz donanmasının Ukraynaya məxsus 3 artilleriya gəmisini güc tətbiqi yolu ilə ələ keçirilməsi və bütövlükdə gəmilərdəki heyətin 24 üzvünü saxlamasından sonra daha da gərginləşib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ukrayna   Kerç   Rusiya