Bu il Avropaya 2 mindən çox miqrant gəlib

Bu il Avropaya 2 mindən çox miqrant gəlib
  15 Yanvar 2019    Oxunub:1818
2019-cu ilin ilk 2 həftəsi ərzində dəniz yolu ilə Avropa qitəsinə 2 mindən çox miqrant və qaçqın gəlib.
Azvision.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının rəsmisi Coel Millman keçirdiyi brifinqdə bəyan edib. Onun sözlərinə görə, 2019-cu il başlayandan bəri Avropa sahillərinə 2200 miqrant gəlib və onlardan 16-sı ölüb.

Beynəlxalq Miqrasiya Təşkilatının statistikasına əsasən, yeni il girəndən etibarən Avropaya gələn miqrantların daha çox üz tutduqları ölkələr İspaniya (1609 nəfər), Yunanıstan (489 nəfər) və İtaliyayadır (53 nəfər).

Müqayisə üçün deyək ki, ötən ilin eyni dövründə Avropaya 1915 miqrant gəlmiş, onlardan 194-ü ölmüşdü.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Avropa   Miqrant  





Xəbər lenti