"Trampla tarixi əhəmiyyətli razılığa gəldik" - Ərdoğan

   "Trampla tarixi əhəmiyyətli razılığa gəldik" -    Ərdoğan
  15 Yanvar 2019    Oxunub:1885
ABŞ və Türkiyə Suriyadakı vəziyyətə vahid mövqedən yanaşılması barədə razılığa gəliblər.
Azvision.az xəbər verir ki bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının qrup iclasında Trampla apardığı telefon söhbətinin detallarını açıqlayarkən deyib.
Bildirib ki, Trampın sosial şəbəkələrdə verdiyi bir sıra mesajlar onu və dostlarını məyus etsə də, ötən günkü telefon söhbətində ABŞ prezidentilə bu məsələni müzakirə dib.

“Ötən axşam bu məsələləri Trampla telefonda müzakirə etdik. Olduqca müsbət bir söhbət apardıq. İnanıram ki, Suriyada vəziyyətin dəyərləndirilməsilə bağlı Trampla tarixi əhəmiyyətə malik vahid anlaşmaya gəldik. O özü Amerika əsgərlərinin Suriyadan çəkilməsi barədə qərarını təsdiqlədi. Türkiyə tərəfindən Suriyada 30 kilometrlik təhlükəsizlik zonasının yaradılması məsələsinə də toxundu. Bu problemi həll etmək üçün Türkiyə əlindən gələn hər şeyi edəcək. Eyni zamanda, ABŞ-la ikitərəfli ticarət dövriyyəmizi 75 milyard dollara qaldırmaq istiqamətində də daha sürətli addımlar atacağımıza dair qərara gəldik” – Ərdoğan vurğulayıb.

Qeyd edək ki, bu telefon söhbətindən bir neçə saat əvvəl Tramp kürdlərə hücum olarsa, Türkiyə iqtisadiyyatını məhv edəcəyilə hədələmişdi. Onun bu cür qalmaqallı mövqeyi rəsmi Ankaranın etirazına səbəb olmuşdu.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   Türkiyə   ABŞ  





Xəbər lenti