ABŞ-da azərbaycanlı gənc öldürülüb

ABŞ-da azərbaycanlı gənc öldürülüb
  15 Yanvar 2019    Oxunub:3088
ABŞ-ın Şimali Karolina ştatında Şərqi Çarlotte şəhərində 29 yaşlı Elçin Xəlilov güllələnib. Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, boyun nahiyəsindən güllə yarası alan həmyerlimiz xəstəxanada vəfat edib.
E.Xəlilov “Fixer Electronic Repair” dükanının sahibi olub. O, mobil telefonların təmiri və satışı ilə məşğul idi.

Şahidlərin ifadələrinə əsasən, E.Xəlilovu güllələyən şəxs mağazadan oğurluq etmək istəyib. Hadisəni törədən cinayətkarın axtarışları davam edir.

Aytən Zəhra
Azvision.az



Teqlər: ABŞ   Azərbaycanlı  





Xəbər lenti