Ərdoğan Trampa zəng etdi: “Kürdlərlə heç bir problemimiz yoxdur”

   Ərdoğan Trampa zəng etdi:    “Kürdlərlə heç bir problemimiz yoxdur”
  15 Yanvar 2019    Oxunub:3589
ABŞ prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, telefon söhbətində bir sıra məsələlər, o cümlədən Suriya problemi müzakirə olunub.
Ərdoğan ABŞ-ın Suriyadan geri çəkilmə qərarını məmnuniyyətlə qarşıladığını, Türkiyənin Amerikaya hər cür dəstək verməyə hazır olduğunu deyib.

Bundan əlavə, Ərdoğan Trampın diqqətinə çatdırıb ki, onların kürdlərlə heç bir problemi yoxdur, Türkiyənin məqsədi sadəcə beynəlxalq təhlükəsizliyə təhdid hesab olunan terror təşkilatları ilə mübarizədir.

Qeyd edək ki, Ərdoğandan fərqli olaraq Tramp bu gün "Tvitter" hesabında kürdlərə hücum olarsa, Türkiyə iqtisadiyyatını məhv edəcəyi ilə hədələyib. Onun qalmaqallı mövqeyi rəsmi Ankaranın haqlı etirazına səbəb olub.

Azvision.az



Teqlər: Ərdoğan   Tramp  





Xəbər lenti