Pompeo Yaxın Şərq turnesini yarımçıq qoydu

   Pompeo Yaxın Şərq turnesini yarımçıq qoydu
  14 Yanvar 2019    Oxunub:1461
Yaxın Şərq ölkələrinə turnesi çərçivəsində bu gün Səudiyyə Ərəbistanından sonra Omana səfər edəcək ABŞ dövlət katibi Mayk Pompeo Küveytə və digər ölkələrə getmədən Amerikaya geri dönəcək.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Robert Palladino bildirib. Onun sözlərinə görə, Pompeonun Yaxın Şərqin digər ölkələrinə nəzərdə tutulan səfərlərini təxirə salmasının səbəbi həyat yoldaşının ailəsində baş verən itkidir.

Qeyd olunur ki, Pompeonun xanımı da hazırda Yaxın Şərq turnesində onu müşayiət edir və ailə yas mərasimində iştirak etmək üçün birlikdə ABŞ-a qayıdacaq.

Bu dəfəki turnesi çərçivəsində ABŞ dövlət katibi artıq İordaniya, İraq, Misir, Bəhreyn,Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistanında olub. Bu gün Omana səfər etdikdən sonra Pompeo Amerikaya geri dönəcək.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Küveyt   Səudiyyə   ABŞ  





Xəbər lenti