ABŞ-ın İrana qarşı hücum planı

 ABŞ-ın İrana qarşı hücum planı
  14 Yanvar 2019    Oxunub:1835
ABŞ İrana qarşı hərbi əməliyyata başlaya bilər.
AzVision.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri iddia irəli sürüb.

Bildirilib ki, 2018-ci ilin sentyabrında İraqın paytaxtı Bağdadda İrana bağlı qruplaşmaların törətdiyi partlayışdan sonra ABŞ bu məsələni nəzarətə götürüb. Belə ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun rəhbərliyi ilə toplanan Milli Təhlükəsizlik Şurası Pentaqondan İrana qarşı hərbi əməliyyatın başladılması barədə “Ağ Ev”ə məlumat verməyi tələb edib. Bu məsələ Pentaqonda və Dövlət Departamentində narahatlığa səbəb olub.

Kənan Məmmədov
AzVision.az


Teqlər: ABŞ   İran   Müharibə   Pentaqon   Bolton  





Xəbər lenti