Tramp Türkiyəni təhdid etdi: “Məhv edərik”

 Tramp Türkiyəni təhdid etdi:  “Məhv edərik”
  14 Yanvar 2019    Oxunub:2457
“Kürdlərə hücum edərlərsə, Türkiyəni iqtisadi olaraq məhv edəcəyik”.

AzVision.az xəbər verir ki, belə bir sensasion açıqlama ilə ABŞ prezidenti Donald Tramp çıxış edib. ABŞ-ın 20 millik təhlükəsiz bölgə quracağını qeyd edən Tramp bildirib ki, kürdlərin Türkiyəni təxribata çəkməsini istəmir.
Bundan əlavə, Tramp Amerika hərbçilərinin Suriyadan çəkilməsinə toxunub: “Hazırda əsgərlərimizi evə gətirmə zamanıdır. Biz sonu olmayan müharibələri bitirəcəyik”.

Qeyd edək ki, Tramp Türkiyə barədə dediyi sözlər Ankarada etirazla qarşılanıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər: ABŞ   Türkiyə   Tramp   Suriya  





Xəbər lenti