Ötən il Çində 621 min nəfər korrupsiyada ittiham olunub

Ötən il Çində 621 min nəfər korrupsiyada ittiham olunub
  12 Yanvar 2019    Oxunub:1401
Çin hakimiyyəti 2018-ci il ərzində korrupsiya əməlində ittiham olunan 621 min nəfəri cinayət məsuliyyətinə cəlb edib. Onlardan 51-i yüksək vəzifəli məmurlardır.
Azvision.az xəbər verir ki, bu barədə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin intizam yoxlanışı üzrə mərkəzi komissiyası məlumat yayıb.

Qeyd olunur ki, ötən il ərzində korrupsiya cinayəti ilə bağlı komissiyaya 3,44 milyon şikayət və məlumat daxil olub. Bu şikayətlər əsasında hüquq-mühafizə orqanları 341 min dinləmə keçirib, 638 mindən çox iş açılıb. Nəticədə məsuliyyətə cəlb olunan 621 min insandan 526 min nəfərinə cəza verilib.

Çində korrupsiya ilə irimiqyaslı mübarizəyə məhz Si Tsinpinin hakimiyyətə gəlməsilə başlanılıb. Həmin vaxtdan etibarən Kommunist partiyasındakı intizamı pozan və korrupsiya ilə məşğul olan 1,5 milyon çinli məmur cəzalandırılıb. Çinin hazırkı rəhbərliyi korrupsiyanı ölkənin inkişafı və yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində başlıca maneə olaraq görür. Korrupsiya ilə mübarizə kampaniyasında Tsinpin hakimiyyətini əvvəlkilərdən fərqləndirən başlıca cəhət isə odur ki, bu məsələdə heç kəsin toxunulmazlığı yoxdur.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Korrupsiya   Çin  





Xəbər lenti