Koçaryanı daha iki ay həbs gözləyir

  Koçaryanı daha iki ay həbs gözləyir
  12 Yanvar 2019    Oxunub:1674
Ermənistanın Xüsusi İstintaq Xidməti sabiq prezident Robert Koçaryanın həbs müddətinin daha iki ay uzadılması üçün məhkəməyə müraciət edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə xidmətin mətbuat katibi Marina Ohancanyan açıqlama verib.

“Koçaryanın nəzarətdə saxlanılması müddəti bitir və biz məhkəməyə həbsin daha 2 ay uzadılması üçün müraciət etmişik”.

Qeyd edək ki, 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Koçaryan iyulda saxlanılsa da, apellyasiya şikayətindən sonra azad edilib.

15 noyabrda isə Ermənistanın Kassassiya Məhkəməsi Koçaryanın işi üzrə apellyasiya qərarının ləğvi və sabiq prezidentin təkrar həbsi ilə bağlı prokurorluğun şikayətini qismən təmin edərək işi yenidən apellyasiya məhkəməsinə göndərib. 27 noyabrdan etibarən baş prokuror Artur Davtyan daxil olmaqla, 6 prokurorun iştirakı ilə işə baxılıb. Davtyan bildiirb ki, Koçaryan 2008-ci ildə İrəvanda baş verən dövlət terrorunun ideya müəllifidir və təcili şəkildə azadlıqdan məhrum olunmalıdır. Nəhayət, Apellyasiya Məhkəməsi 7 dekabrda çıxardığı son qərarla prokurorluğun şikayətini təmin edib və Koçaryan yenidən həbs olunub.

Azvision.az



Teqlər: Koçaryan  





Xəbər lenti