Gürcüstan prezidenti maaşından imtina etdi

  11 Yanvar 2019    Oxunub : 1249
 Gürcüstan prezidenti maaşından imtina etdi
Gürcüstan prezidenti Salome Zurabişvili əmək haqqından imtina edib.
Bu barədə dövlət başçısı keçirdiyi mətbuat konfransında bildirib. O, Fransadan təqaüd aldığını və maaşını xüsusi fonda köçürəcəyini deyib:

"Prezident Fondu ləğv olunduğundan xeyriyyəçiliyə dəstək verilməlidir. Prezident bu cür təşəbbüslərin bir növ himayəçisi olmalıdır. Buna görə də qərara aldım ki, mənim himayəm altında və ictimai şəxslərin köməyi ilə fond yaradılsın. İlkn növbədə, mən əməkhaqqımı həmin fonda köçürəcəyəm. Ümid edirəm ki, məndən sonra digərləri də bu addımı atacaq". (Report)

Azvision.az


Teqlər: Gürcüstan   Zurabişvili