2055 əcnəbi Gürcüstana buraxılmayıb, 2-si azərbaycanlıdır

  2055 əcnəbi Gürcüstana buraxılmayıb,    2-si azərbaycanlıdır
  11 Yanvar 2019    Oxunub:1957
Ötən ilin dekabr ayında 2055 xarici ölkə vətəndaşının Gürcüstana girişinə icazə verilməyib.

Azvision.az Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, ay ərzində ən çox İran (753 nəfər) və Hindistan vətəndaşları (433 nəfər) ölkəyə buraxılmayıb.
Qonşu ölkələrdən 218 nəfər Türkiyə, 101 nəfər Ermənistan, 55 nəfər isə Rusiya vətəndaşına qadağa qoyulub. Dekabrda cəmi 2 Azərbaycan vətəndaşına Gürcüstana səfər etməyə icazə verilməyib.

Azvision.az



Teqlər: Gürcüstan   Səfər  





Xəbər lenti