İki erməni əsgər yol qəzasında yaralandı

  10 Yanvar 2019    Oxunub : 991
 İki erməni əsgər yol qəzasında yaralandı
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən düşmən ordusunun bölmələrində dekabrda avtoqəzalardan xəsarət alaraq hospitala düşənlərin sayı kəskin surətdə artıb.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, altıncı dağ atıcı alayının hərbi qulluqçusu Kaçik Gevorkyan məzuniyyətdə olarkən “Qazel” markalı avtomobildən yıxılaraq xəsarət alıb. Mülki həkimlər tərəfindən ilk tibbi yardım göstərildikdən sonra o, hospitala təxliyə olub.

Başqa bir məlumatda isə beşinci taborun zabiti Rafael Sahakyanın avtoqəza nəticəsində ağır xəsarət aldığı bildirilir. Zabitin qohumlarının yazdıqlarından məlum olur ki, zabit R.Sahakyan Gorus-Xankəndi yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ağır yaralanıb. İki gün Gorusda mülki tibb müəssisəsində müalicə olunduqdan sonra o, hərbi hospitala göndərilib.

Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.

Azvision.az

Teqlər: Qəza   Erməni   Əsgər