ABŞ Suriyada yeni hərbi əməliyyatlara hazırdır

  10 Yanvar 2019    Oxunub : 1035
 ABŞ Suriyada yeni hərbi əməliyyatlara hazırdır
ABŞ prezidenti Donald Tramp Suriyada yeni hərbi əməliyyatlar həyata keçirməyə hazırdır. Lakin Vaşinqton ümid edir ki, vəziyyət bu həddə gəlib çatmayacaq.
Azvision.az “Fox News” telekanalına istinadən xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo Misirə səfəri çərçivəsində Qahirədəki Amerika Universitetində çıxış edərkən belə deyib.

“Tramp Suriyada yenidən hərbi əməliyyatlar keçirmək barədə qərar qəbul etməyə hazırdır. Amma ümid edirik ki, bunu etməyə zərurət yaranmayacaq” – Pompeo vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Suriya   Qahirə   ABŞ