Braziliya ABŞ-ın hərbi bazasına icazə verməyəcək
“Bu, mürəkkəb məsələdir və hələ ki onu prezident Bolsonaro ilə müzakirə etməmişəm. ABŞ-ın hərbi baza yerləşdirməsi məsələsi diqqətlə qiymətləndirilməlidir. Mən belə bir baza üçün səbəbin nə olduğunu anlaya bilmirəm”, - deyə müdafiə naziri vurğulayıb.
Qeyd edək ki, Braziliyanın yanvarın 1-dən vəzifə səlahiyyətlərinin icrasına başlayan yeni prezidenti Jair Bolsonaro hakimiyyətə gəlişinin üçüncü günündə bəyan etmişdi ki, Rusiyanın Venesuela üzərində təsirinin qarşısının alınması vasitəsi kimi ABŞ hərbi bazalarının Braziliyada yerləşdirilməsinə icazə verə bilər. Lakin yüksək vəzifəli mənbələrdən “Reuters”ə verilən məlumata görə, Braziliya hərbçiləri buna qarşı çıxırlar.
Leyla Elbrusqızı
Azvision.az