Dünyanın ən pis hərbi hava qüvvələrinə malik ölkələri - SİYAHI

Dünyanın ən pis hərbi hava qüvvələrinə malik ölkələri -  SİYAHI
  08 Yanvar 2019    Oxunub:5579
ABŞ-ın “We Are The Mighty” hərbi nəşri dünyada ən pis hərbi hava qüvvələrinə malik ölkələrin reytinqini tərtib edib.
Azvision.az “Russia Today”ə istinadən xəbər verir ki, 10 ölkənin yer aldığı siyahıda birinci pillədə Suriyada dayanıb. Ən pis hava qüvvələrinə malik ikinci ölkə Şimali Koreya, üçüncü isə Səudiyyə Ərəbistanıdır.

“We Are The Mighty”nin reytinq cədvəlində digər yerləri müvafiq olaraq Meksika, Pakistan, Ukrayna, İran, Yunanıstan, Çin və Kanada tutur.

Hazırda dünyanın ən güclü ordusuna malik ölkələr ABŞ, Rusiya və Çindir. ABŞ-ın “National Interest” hərbi-siyasi analitik jurnalının “2030-cu ildə dünyanın ən güclü hərbi hava qüvvələrinə malik ölkələri” siyahısında isə Çinin də ən güclü 5 ölkədən biri olacağı deyilir.

Qeyd olunur ki, ABŞ, Rusiya və Böyük Britaniya ilə yanaşı Çinlə İsrail də öz hərbi hava qüvvələrini inkişaf etdirməklə milli təhlükəsizliyini və müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə möhkəmləndirən ölkələr sırasına daxil olacaqlar.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Suriya   Ukrayna   ABŞ   Çin   Rusiya  





Xəbər lenti