İş adamları arasında borc davası: Birinin kəllə sümüyü sındı

İş adamları arasında borc davası:  Birinin kəllə sümüyü sındı
  08 Yanvar 2019    Oxunub:1796
Şimali Kipr Türk Cümhuriyyətinin məşhur biznesmeni, “Akacan Holdinq”in prezidenti Bulud Akacanla bir qrup şəxs arasında borc üstündə dava olub.
AzVision.az xəbər verir ki, restoranlardan birində baş verən dava zamanı Akacanın mühafizəçiləri iş adamları Erhan Başay və Zəki Asimoğlunu döyüblər.

Xəstəxanaya yerləşdirilən Z.Asimoğlunun vəziyyəti ağırdır. Onun kəllə sümüyünün sındığı bildirilir. Faktla əlaqədar Bulud Akacan və iki mühafizəçisi həbs olunub.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Dava  





Xəbər lenti