Fransada 345 “sarı jiletli” saxlanılıb

  Fransada 345 “sarı jiletli” saxlanılıb
  08 Yanvar 2019    Oxunub:1679
Fransada ötən həftənin şənbə günü keçirilən etiraz aksiyalarında 50 min nəfər iştirak edib.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, "sarı jiletlilər"in etirazına qoşulan 345 nəfər saxlanılıb.

Qeyd edək ki, yanvarın 5-də paytaxt Paris daxil olmaqla Fransanın bir sıra şəhərlərində hökumət əleyhinə aksiyalar keçirilib. Etirazlarla əlaqədar ölkə üzrə 4 min polis səfərbər olunub. Nümayişçilərlə polis əməkdaşları arasında toqquşmalar olub.

Azvision.az



Teqlər: Fransa   Etiraz  





Xəbər lenti