İranda maliyyə fırıldaqçılığı - 25 nəfər saxlanılıb

 İranda maliyyə fırıldaqçılığı -  25 nəfər saxlanılıb
  07 Yanvar 2019    Oxunub:1698
İranda valyuta bazarında manipulyasiya ilə məşğul olmaqda şübhəli bilinən 25 nəfər həbs olunub.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, valyuta sistemini pozmaq, qanunsuz alqı-satqı ilə pul mübadiləsi və köçürmələri etmək, qanunsuz yollarla gəlir əldə etmək, vergidən yayınma və çirkli pulların yuyulmasını həyata keçirməkdə ittiham olunan 25 nəfər saxlanılıb.

Məlumata əsasən, 12-si Tehran, Qəzvin və Mazandaran, 13-ü isə Cənubi Azərbaycan əyalətindən olan 25 nəfərlik cinayətkar şəbəkənin liderləri də İrandan xaricə qaçmağa çalışarkən polis tərəfindən həbs olunublar. Hazırda istintaq prosesi davam etdirilir.

Leyla Elbrusqızı
Azvision.az





Teqlər: İran  





Xəbər lenti