İranda zəlzələ: 75 nəfər xəsarət alıb

  İranda zəlzələ:  75 nəfər xəsarət alıb
  07 Yanvar 2019    Oxunub:1850
İranda 75 nəfər İraqla sərhəddə baş vermiş zəlzələdən sonra müxtəlif zədələrlə xəstəxanalara müraciət edib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Fövqəladə Vəziyyətlər üzrə Departamenti məlumat yayıb. Qeyd olunub ki, bütün yaralılar yüngül xəsarətlər alıblar.

Xatırladaq ki, 6 yanvarda İran-İraq sərhədində 5,7 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar yerli vaxtla 13:42-də qeydə alınıb. Zəlzələnin ocağı 40 kilometr dərinlikdə yerləşib. Zəlzələnin episentri Bağdaddan 136 kilometr şimal-şərqdə, İranın İlam şəhərindən isə 87 kilometr şimal-qərbdə yerləşib.

Azvision.az



Teqlər: İran   Zəlzələ  





Xəbər lenti