Tramp Kim Çen Inla yenidən görüşə bilər

Tramp Kim Çen Inla yenidən görüşə bilər
  07 Yanvar 2019    Oxunub:2601
ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında növbəti görüş Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilə bilər.
Azvision.az xəbər verir ki, bu barədə Bloomberg nəşri məlumat yayıb. Qeyd olunub ki, iki ölkə rəsmilərinin Hanoydakı görüşündə mümkün sammitin vaxtı müzakirə edilib.

Rəsmi Vaşinqton rəhbərlərin görüşünün mümkün yeri kimi İndoneziya, Monqolustan, Havay adalarını və Şimali və Cənubi Koreyanın sərhədindəki Pxanmuncom sərhəd məntəqəsini nəzərdən keçirir.

Qeyd edək ki, ABŞ prezidenti D.Tramp bazar günü ABŞ-Koreya arasında ikinci sammitin keçirilmə yeri barədə danışıqlar aparıldığını açıqlamışdı.

Azvision.az



Teqlər: ABŞ   KXDR  





Xəbər lenti