Hindistanda məktəbli avtobusu qəzaya düşdü - 6 uşaq ölüb

Hindistanda məktəbli avtobusu qəzaya düşdü -  6 uşaq ölüb
  05 Yanvar 2019    Oxunub:1801
Hindistanın şimalındakı Himaçal-Pradeş ştatının kəndlərindən uşaqları “DAV Public School” məktəbinə aparan özəl məktəbli avtobusunun dərəyə düşməsi nəticəsində sürücü və 6 məktəbli uşaq ölüb.
Azvision.az “Hindustan Times”a istinadən xəbər verir ki, insident yerli vaxtla səhər saat 08:30-da baş verib. Polis komissarının müavini Lalit Cain bildirib ki, qəzaya səbəb dağlıq ərazidəki dairəvi yoldan keçərkən avtobus sürücüsünün idarəetməni itirməsi olub.

Nəticədə yaşı 10-dan az ümumilikdə 16 məktəblinin olduğu avtobusda 6 uşaq ölüb, yaralanan digər 11 məktəbli isə xəstəxanaya yerləşdirilib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Hindistan  





Xəbər lenti