İraqın yeni prezidenti Ankarada danışıqlar aparır

İraqın yeni prezidenti Ankarada danışıqlar aparır
  03 Yanvar 2019    Oxunub:2633
İraqın 2 oktyabrda seçilən prezidenti Bərham Salih türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla danışıqlar aparmaq üçün bu gün ilk dəfə Ankaraya rəsmi səfər edib.
Azvision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İraq prezidentini hava limanında Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz, Türkiyənin Bağdaddakı səfiri Fatih Yıldız və Ankara Hərbi Qarnizonunun kapitanı, general-leytenant Əli Sivri qarşılayıblar.

Daha sonra Türkiyə prezidentinin iqamətgahına yollanan Bərham Salihin Ərdoğanla görüşü başlayıb. Təkbətək və geniş tərkibli görüşdən sonra prezidentlər danışıqların yekunu ilə bağlı mətbuata açıqlama verəcəklər.

İki liderin müzakirə gündəliyinə İraq-Türkiyə münasibətlərinin bütün sahələrində mövcud vəziyyət və əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin, Suriya başda olmaqla regional və beynəlxalq problemlər daxildir. Türkiyənin İraqın şimalında PKK terrorçularına qarşı həyata keçirdiyi əməliyyatlar da Ərdoğan-Salih görüşünün başlıca mövzularından olacaq.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Türkiyə   İraq  





Xəbər lenti